Ekonometrika (E-book Az) (1)Ekonometrika (E-book Az) (1)Ekonometrika (E-book Az) (1)Ekonometrika...

280
Mövzu 1. RİYAZİ PROQRAMLAŞDIRMANIN ƏSAS ANLAYIŞLARI 1.1. Riyazi proqramlaşdırmanın obyekti, predmeti və məqsədi Məlum olduğu kimi planlı iqtisadiyyatın həm mikro-, həm də makro- səviyyələrində yuxarı idarəetmə orqanları tərəfindən alınmış plan tapşırıqlarının yerinə yetirilməsi başlıca məqsəd kimi qarşıya qoyulur və buna görə də adətən seçim olmur. Bazar iqtisadiyyatı şəraitində isə əsas problemlərdən biri səmərəli seçim problemidir. Belə ki, burada fəaliyyət göstərən hər bir sosial-iqtisadi sistem, təsərrüfat vahidi müstəqil olaraq qərar, yaxud seçim qəbul edə bilər. Bununla əlaqədar olaraq lazımi riyazi hesablamaların aparılması və bu münasibətlə müasir kompüter texnikasından istifadə olunması obyektiv zəruriyyət təşkil edir. Məhz buna görə də sosial- iqtisadi sistemlərin və proseslərin səmərəli fəaliyyəti üçün elmi və praktiki nöqteyi-nəzərdən əsaslandırılmış idarəetmə qərarlarının işlənib hazırlanmasında riyazi üsullardan istifadə xüsusilə vacib əhəmiyyət kəsb edir. Ümumiyyətlə, hər bir elm sahəsi yalnız və yalnız o vaxt özünün ən inkişaf etmiş zirvəsinə çatar ki, o riyaziyyatdan istifadə etmiş olsun. Müasir iqtisad elminin inkişafı da riyaziyyatın geniş tətbiqi ilə səciyyələnir. Riyazi üsullar və modellər iqtisadi nəzəriyyə də daxil olmaqla istənilən iqtisad elminin üsulları və vasitələri məcmusunun tərkib hissəsi kimi çıxış edirlər. Əsaslı iqtisadi təhlil ilə birlikdə riyazi üsullar və modellərdən istifadə olunması iqtisad elmi və praktika üçün yeni imkanlar yaradır. Onlardan iqtisadiyyatda istifadə olunması əvvəla iqtisadi kəmiyyətlər və obyektlər arasında daha vacib, nəzərə çarpacaq əlaqələri aşkar edib onları ifadə etməyə imkan verir. Bu müvafiq mürəkkəb problemlərin yüksək dərəcədə mücərrəd olması ilə əlaqədardır. İkincisi, nəzərdə tutulmuş şərtlər daxilində dəqiq ifadə olunmuş zəruri 32

description

Ekonometrika (E-book Az) (1)Ekonometrika (E-book Az) (1)Ekonometrika (E-book Az) (1)Ekonometrika (E-book Az) (1)Ekonometrika (E-book Az) (1)Ekonometrika (E-book Az) (1)Ekonometrika (E-book Az) (1)Ekonometrika (E-book Az) (1)Ekonometrika (E-book Az) (1)Ekonometrika (E-book Az) (1)Ekonometrika (E-book Az) (1)Ekonometrika (E-book Az) (1)Ekonometrika (E-book Az) (1)Ekonometrika (E-book Az) (1)Ekonometrika (E-book Az) (1)Ekonometrika (E-book Az) (1)Ekonometrika (E-book Az) (1)Ekonometrika (E-book Az) (1)Ekonometrika (E-book Az) (1)